Ərdoğan: Türkiyə süni intellekt yarışında liderlər arasında olacaq


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin süni intellekt sahəsində qlobal liderlər sırasında yer almasını hədəflədiklərini bildirib.

Turkustan.az xəbər verir ki, Ərdoğan bu fikirləri İstanbulda keçirilən “Türkiyə Süni İntellekt Zirvəsi”ndə çıxışı zamanı səsləndirib.

Prezident qeyd edib ki, Türkiyənin süni intellekt strategiyası ölkənin texnoloji inkişafına və rəqəmsal transformasiyasına mühüm töhfə verəcək.

“İnşallah, birlikdə Türkiyəni süni intellekt dövrünün aparıcı ölkələri sırasına çıxaracağıq. Eyni zamanda, Türk Əsrini rəqəmsal istehsal əsrinə çevirəcəyik”, – deyə Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, fəaliyyət planı dörd əsas istiqamət üzərində qurulub: məlumatlılıq, istifadə, istehsal və idarəetmə. Ərdoğan bildirib ki, hər bir istiqamət üzrə müəyyənləşdirilmiş fəaliyyətlər Türkiyənin rəqəmsal inkişaf hədəflərinə çatmasına xidmət edəcək.

Prezident əlavə edib ki, süni intellekt sahəsində atılacaq addımlar ölkənin beynəlxalq rəqabət qabiliyyətini daha da gücləndirəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ