İran XİN: Hörmüz boğazında göstərilən xidmətlərə görə ödəniş alınmalıdır


İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Hörmüz boğazından keçidin tənzimlənməsi ilə bağlı açıqlama verərək bildirib ki, boğazda göstərilən xidmətlərə görə ödəniş alınmalıdır.

Turkustan.az xəbər verir ki, İranın yarı-rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, Bekayi gündəmdə olan məsələlərə dair mətbuata açıqlamasında Hörmüz boğazının hüquqi statusuna toxunub.

O qeyd edib ki, beynəlxalq hüquqa əsasən Hörmüz boğazı İran və Omanın ərazi suları daxilində yerləşir və burada suveren hüquqlar hər iki ölkəyə məxsusdur.

“Biz Hörmüz boğazında göstərilən xidmətlərə görə ödəniş almalıyıq”, – deyə, Bekayi vurğulayıb.

İranlı diplomat həmçinin ABŞ və İsraili İrana qarşı təhdidlər və hücumlar fonunda Hörmüz boğazındakı vəziyyətdən sui-istifadə etməkdə ittiham edib. Onun sözlərinə görə, yaranmış şərait İranın boğazla bağlı müəyyən tədbirlər görməsinə əsas verir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ