Sağlam qidalananların gizli resepti: Badamdan iki fərqli ləzzət


Badam həm qida dəyəri yüksək olan, həm də müxtəlif reseptlərdə istifadə edilə bilən faydalı qidalardandır.

Turkustan.az xəbər verir ki, xüsusilə badam südü və badam pulpasından hazırlanan peçenyelər sağlam qidalanmağa üstünlük verənlərin sevimli seçimləri sırasındadır.

Badam südü resepti
Lazım olan ərzaqlar:
1 stəkan (təxminən 100 qram) çiy badam
3 stəkan su
Süzmək üçün tənzif və ya nazik dəsmal
Hazırlanma qaydası:
Badamları bir stəkan suda bir gecə isladın.
Səhər suyu süzərək badamları yuyun.
Badamları 2 stəkan təmiz su ilə birlikdə blenderə əlavə edin.
Təxminən 30 saniyə ərzində qarışdırın. Qarışıq süd rəngində və hamar konsistensiyada olmalıdır.
Hazırlanmış qarışığı tənzif və ya nazik dəsmaldan süzərək südü pulpadan ayırın.
Badam pulpasından peçenye resepti

Badam südü hazırladıqdan sonra qalan pulpanı atmağa ehtiyac yoxdur. Ondan dadlı və sağlam peçenyelər hazırlamaq mümkündür.

Lazım olan ərzaqlar:
2/3 stəkan badam pulpası
1 ədəd banan
1 xörək qaşığı fıstıq yağı
1 xörək qaşığı kokos yağı
1 xörək qaşığı təbii kakao tozu
Hazırlanma qaydası:
Bananı çəngəllə yaxşıca əzin.
Üzərinə badam pulpasını, fıstıq yağını, kokos yağını və kakao tozunu əlavə edib qarışdırın.
Qarışığa istədiyiniz formanı verin və perqament kağızı sərilmiş soba nimçəsinə düzün.
Əvvəlcədən 180 dərəcəyədək qızdırılmış sobada təxminən 25–30 dəqiqə bişirin.
Soyuduqdan sonra süfrəyə təqdim edin.

Bu reseptlər həm sağlam qidalanmaq, həm də qida israfının qarşısını almaq üçün ideal seçimdir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ