İranın raket arsenalı ilə bağlı ŞOK MƏLUMAT - 8 həftəlik atəşkəs dövründə...


Qərb müttəfiqləri hesab edirlər ki, İran ABŞ ilə müharibədəki səkkiz həftəlik atəşkəs dövründə, böyük ehtimalla, öz ehtiyatlarını yeni Rusiya silahları ilə zənginləşdirib və raket arsenalının əhəmiyyətli hissəsini bərpa edib.

Turkustan.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, bu addım hərbi əməliyyatların yenidən başlayacağı təqdirdə Tehrana cavab zərbələri endirmək üçün güclü atəş potensialı qazandırır.

Kəşfiyyatın qiymətləndirmələrinə əsasən, hazırda Tehranın sərəncamında müharibə başlamazdan əvvəl malik olduğu silah ehtiyatlarının təxminən dörddə üçü mövcuddur. Bundan əlavə, İran zərurət yaranacağı təqdirdə bu ehtiyatları sürətlə artırmaq iqtidarındadır. Qərb rəsmiləri hesab edirlər ki, bərpa olunan arsenala Rusiyanın son bir ildə istehsal etdiyi raketlər də daxil ola bilər.

Kəşfiyyat xidmətlərinin hesabatında qeyd olunur ki, ABŞ və İsrailin İranın uzaqmənzilli zərbə imkanlarını zəiflətməyə yönəlmiş irimiqyaslı hava hücumlarına baxmayaraq, Tehran mart ayında müharibədən əvvəlki raket arsenalının təxminən 60%-ni qoruyub saxlaya bilib. Fevralın 28-dən atəşkəsin qüvvəyə mindiyi aprelin 8-nə qədər olan müddətdə İran regiondakı hədəflərə 1850-dən çox raket, həmçinin ondan ən azı iki dəfə çox qanadlı raket və "Şahed" tipli pilotsuz uçuş aparatı (PUA) atıb.

Müharibənin ilk ayında ABŞ və İsrail İranın raket buraxılış qurğularının təxminən üçdə ikisini məhv etdiklərini bəyan ediblər. Birləşmiş Ştatların müdafiə naziri Pit Heqset isə martın ortalarında Tehranın hücum potensialının 90% azaldığını iddia edirdi./Musavat.com


MANŞET XƏBƏRLƏRİ