ABŞ İranla sülh sazişi imzalayır - Pakistan XİN TARİX VERDİ


Pakistan Xarici İşlər Nazirliyi ABŞ və İran arasında elektron sazişin imzalanması mərasiminin iyunun 14-də keçiriləcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsində məlumat paylaşılıb.

Pakistan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri telefon danışığı zamanı ABŞ və İran arasında yekun mərhələdə olan danışıqları müsbət qiymətləndiriblər.

İyunun 13-də Pakistanın Baş naziri Şahbaz Şərif Vaşinqton və Tehran arasında sülh sazişinin növbəti 24 saat ərzində rəsmiləşdirilə biləcəyi deyib.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Baqai isə memorandumun yaxın vaxtlarda imzalana biləcəyini istisna etməyib, lakin konkret tarixin hələ müəyyən edilmədiyini vurğulayıb./publika.az


MANŞET XƏBƏRLƏRİ