Sosial şəbəkələrdə tibb, hüquq, maliyyə və ya təhsil sahəsində çıxış edənlərin rəsmi diplomu və ya lisenziyası olmalıdır.
Turkustan.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov parlamentin bugünkü iclasında deyib.
“Çünki bəzi hallarda heç bir təhsili və ya lisenziyası olmayan bloqerlər sosial şəbəkələrdə cəmiyyəti çaşdıran kütləvi hüquqi və ya psixoloji məsləhətlər verirlər, gənc ailələri manipulasiya edərək onlara boşanmağa inandırırlar, onlar üçün əl çatması mümkün olmayan saxta xoşbəxt həyat modeli yaradırlar, hər kəsə eyni pəhriz proqramları təklif edirlər, maliyyə savadlılığı olmayan “ekspertlər” məsuliyyətsiz tövsiyələr verirlər”, - deyə o əlavə edib.
Deputat vurğulayıb ki, bu cür əsası olmayan çıxışlar fiziki və psixoloji sağlamlığa ciddi zərər vuran, geri dönüşü olmayan hüquqi nəticələrə gətirib çıxarır.
“Ən təəssüfedici hissəsi ondan ibartədir ki, bu cür tövsiyələrə qulaq asıb əməl edən şəxslər isə bəzən heç manipulasiya edildiyini anlamırlar. (Trend.az)