Seçkilərdə məğlub olan Orban partiya lideri seçildi


Macarıstanın keçmiş Baş naziri Viktor Orban tarixi seçkilərdə məğlub olmasına baxmayaraq Fidesz Partiyasının lideri seçildi.

Turkustan.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Fidesz Partiyasının milli qurultayında keçirilən səsvermənin nəticələri göstərib ki, Orban ictimai dəstəyin azalmasına baxmayaraq, partiya daxilində mövqeyini qoruyub saxlayır.

Partiyasının 16 illik hakimiyyətdən sonra müxalifətə keçdiyi bir dövrdə qurultayda yeganə namizəd olan Orban 737 səsdən 729-nu qazanıb. Səsvermədə onun əleyhinə çıxan olmayıb, yalnız səkkiz nümayəndə bitərəf qalıb.

Müstəqil sosioloji sorğulara əsasən, hazırkı Baş nazir Peter Magyarın rəhbərlik etdiyi Tisza Partiyası seçicilər arasında Fideszlə müqayisədə təxminən üç dəfə daha çox dəstəyə malikdir. Bu göstərici bir zamanlar ölkə siyasətində dominant mövqe tutan Fidesz üçün ciddi geriləmə kimi qiymətləndirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ