ABŞ Prezidenti Donald Tramp İranla əldə olunması nəzərdə tutulan sazişin 14 iyun imzalanmasının planlaşdırıldığını və bunun ardınca Hörmüz boğazının bütün ölkələr üçün açıq olacağını bildirib.
Turkustan.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib.
ABŞ lideri keçmiş prezident Barak Obama administrasiyası dövründə İranla əldə edilmiş nüvə sazişini tənqid edərək, həmin razılaşmanın Tehranın nüvə silahı əldə etməsinə mane olmaq üçün yetərli olmadığını iddia edib.
Onun sözlərinə görə, hazırda müzakirə olunan yeni saziş isə “nüvə silahlarına qarşı bir divar” rolunu oynayacaq.
Tramp həmçinin İranın artıq nüvə silahına sahib olmaq niyyətində olmadığını irəli sürərək bildirib:
“Razılaşmanın sabah imzalanması planlaşdırılır və imzalandıqdan dərhal sonra Hörmüz boğazı hər kəs üçün açıq olacaq”.
ABŞ Prezidenti əlavə edib ki, Vaşinqtonun Tehranla münasibətləri əvvəlki administrasiyalar dövründəkindən fərqli şəkildə idarə olunur. O, İranın dondurulmuş vəsaitləri ilə bağlı hər hansı maliyyə mübadiləsinin nəzərdə tutulmadığını da vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az