Jurnalist təşkilatı erkən nikah əleyhinə maarifləndirmə işi aparacaq


“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi” adlı layihənin icrasına başlayıb.

İctimai Birlikdən verilən məlumata görə, layihənin məqsədi erkən nikahların fəsadları barədə maarifləndirici məqalələr hazırlamaqla ictimaiyyətin diqqətini bu problemə yönəltməkdir. Məqalələrdə erkən nikahların fərd və cəmiyyət üçün yaratdığı problemlərə, yeniyetmə qızların təhsildən kənarlaşdırılmasının gələcəkdə doğuracağı fəsadlara toxunulacaq. Hazırlanacaq məqalələr ölkənin aparıcı media subyektlərində yerləşdiriləcək.

Layihə çərçivəsində millət vəkilləri, ölkənin tanınmış ictimai xadimləri, nüfuzlu ekspertlərlə əməkdaşlıq edilməsi nəzərdə tutulub.

“Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi” adlı layihə 3 ay müddətində Bakı şəhərində həyata keçiriləcək.


MANŞET XƏBƏRLƏRİ