“Çıraq Humanitar və İctimai Birliyi” “İşğaldan azad olunmuş və ətraf rayonlarda mina və partlamamış hərbi sursatların təsirinin azaldılması” layihəsinin icrasına başlayıb.
Qeyd edək ki, adıçəkilən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icra müddəti 01.06.2025 – 31.08.2025-ci il tarixlərini əhatə edir.
Layihənin ideyası, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə, Qarabağın və Şərqi Zəngəzurun sakinlərinin doğma yurdlarına qayıtmasına və bu yerlərin yenidən dirçəlməsinə həsr olunmuş “Böyük Qayıdış” Dövlət Proqramına dəstək amili kimi ərazidə insanların həyat və fəaliyyətinin təhlükəsiz şəraitdə davam etməsi üçün I və II Qarabağ müharibələrində hərbi əməliyyatlar meydanı olmuş və/və ya həmin hərbi əməliyyatlardan zərər çəkmiş Azərbaycan ərazilərində, eləcə də Ermənistanla həmsərhəd rayonlarda əhalinin partlayış təhlükəli əşyalar haqqında xəbərdarlığının artırılması məqsədilə təlimlər keçirməkdir.