ABŞ və İran arasında nüvə müzakirələri davam edərkən, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandirindən mövzu ilə bağlı açıqlama gəldi.
Turkustan.az xəbər verir ki, CENTCOM-un komandiri Micheal Kurilla İranın uranın zənginləşdirilməsi səylərini davam etdirməsinin qarşısını almaq üçün hərbi gücdən istifadə edilməsi ilə bağlı sualı cavablandırıb.
CENTCOM-un komandiri Kurilla bildirib ki, İranla bağlı variantlar ABŞ prezidenti Donald Tramp və ABŞ müdafiə naziri Pit Heqsetə təqdim olunub.
Kurilla həmçinin ABŞ-ın İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün strateji imkana malik olduğunu deyib və əlavə edib ki, İran uranı 60 faiz zənginləşdirməyə nail olub.
ABŞ prezidenti Donald Tramp son açıqlamasında Fox News-a danışıb. Tramp açıqlamasında İranın danışıqlarda daha aqressivləşdiyini bildirib.
İranın uranın zənginləşdirilməsi ilə bağlı mövqeyi ABŞ tərəfindən qəbul edilməsə də, tərəflərin həftə sonu yenidən görüşəcəyi gözlənilir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi: "İran-ABŞ dolayısı ilə danışıqların növbəti raundunun gələn bazar günü Maskatda keçirilməsi planlaşdırılır" dedi.
Aytən Yaşar/ Turkustan.az