Tramp: Qoşun göndərməsəydim, indi xarabalığa çevrilmişdi


ABŞ prezidenti Donald Tramp qeyri-qanuni mühacirlərə dəstək üçün beş gün davam edən nümayişləri yatırmaq üçün Los-Ancelesə qoşun göndərilməsini müdafiə edərək, əks halda şəhərin yandırılacağını və dağıdılacağını bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp Truth Social hesabından verdiyi açıqlamada Los-Ancelesdəki hadisələrlə bağlı qoşun göndərmək qərarını vurğulayıb.

“Son üç gecə Los-Ancelesə “qoşun göndərməsəydim”, bir vaxtlar gözəl və möhtəşəm olan bu şəhər indi xarabalığa çevriləcəkdi”, – Tramp açıqlamasında deyib.

Açıqlamasına davam edən Tramp yanvar ayında şəhərdə böyük dağıntılara səbəb olan və bir çox evi yararsız hala salan yanğınlara diqqət çəkərək, Los-Anceles və Kaliforniya administrasiyalarının bu prosesdə “çox bacarıqsız” və yavaş hərəkət etdiyini və bunun dağıntıları artırdığını bildirdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ