İngiltərə İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb


İcmalar Palatasının və Lordlar Palatasının 96 deputatı Böyük Britaniyanın baş naziri Keir Starmerə göndərdiyi məktubda İsrailə qarşı sanksiyalar tələb edib.

Turkustan.az xəbər verir ki, Britaniya parlamentinin yuxarı və aşağı palatalarının 96 üzvü baş nazir Starmerə məktub yazaraq işğal olunmuş Fələstin torpaqlarında baş verənlərlə bağlı narahatlıqlarını ifadə ediblər.

"Biz Böyük Britaniyanı İsrailin beynəlxalq hüququ sistematik şəkildə pozmasına cavab verməyə çağırırıq", - məktubda deyilir.

Məktubda Fələstin torpaqlarını qəsb edən israillilərə qarşı sanksiyaların tətbiq edilməsinin zəruriliyi vurğulanıb və indiyə qədər verilən sanksiya qərarlarının kafi olmadığı qeyd edilib.

Həmçinin, bu zorakı insanlar Fələstinlilərin evlərini yandırarkən İsrail təhlükəsizlik qüvvələrinin müdaxilə etməməsinə diqqət çəkərək: "İşğalçı güc olaraq İsrail fələstinliləri qorumaq vəzifəsinə malikdir, lakin bu cür hücumların qarşısını almaq və cəzalandırmaqda acizdir" ifadəsi işlədilib.

Eləcə də burada İsrailin Fələstin torpaqlarının qəsb edilməsini dəstəklədiyi vurğulanıb və "Hadisələrin demək olar ki, yarısında İsrail təhlükəsizlik qüvvələri hücumçuları müşayiət edib və ya onlara fəal dəstək verib" deyilir.

Parlamentarilər xatırladıblar ki, İsrail bir çox beynəlxalq məhkəmələrin və Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarlarına baxmayaraq, Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilində 750 min israillinin Fələstin torpaqlarını zəbt etməsini dəstəkləyir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ