ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahudan Qəzza zolağına hücumları “dərhal” dayandırmasını xahiş etdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, İsrailin Kanal 12 televiziyasının məlumatına görə, Tramp dünən Netanyahu ilə telefon danışığında Qəzzaya hücumların dayandırılmasını tələb edib.
Qəzza zolağına hücumların sona çatmasını istəyən Trampın Netanyahuya “Bunu bitir” dediyi bildirilir.
Bildirilib ki, Tramp açıq şəkildə müharibənin dayandırılmasının İran və Səudiyyə Ərəbistanı ilə danışıqlara kömək edəcəyini vurğulayıb.
İrana hücumla bağlı Netanyahuya da xəbərdarlıq edən Trampın İsrailin baş nazirinə İrana hücum variantını gündəmdən çıxarmasını dediyi bildirilir.
Həmçinin qeyd olunub ki, ABŞ prezidenti danışıqların nəticəsiz qalacağı təqdirdə “hərbi hücum” variantına yaşıl işıq yandırmayıb.
Aytən Yaşar/ Turkustan.az