SON DƏQİQƏ! Ukrayna Krım körpüsünü VURDU – Sualtı əməliyyatdan GÖRÜNTÜLƏR


Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Krım körpüsünə qarşı daha bir uğurlu əməliyyat həyata keçirdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu gün səhər saat 04:44-də körpünün sualtı dayaqlarından biri partladılıb. Əməliyyat zamanı 1100 kiloqram trotil ekvivalentində partlayıcı maddə istifadə edilib.

SBU-nun məlumatına əsasən, partlayış nəticəsində körpünün sualtı hissəsində ciddi zədələr yaranıb və obyekt hazırda qəza vəziyyətindədir.

Əməliyyatın bir neçə ay ərzində hazırlandığı bildirilib. Mülki şəxslər arasında xəsarət alan olmayıb.

SBU rəhbəri Vasıl Malyuk bildirib ki, Krım körpüsü tamamilə qanuni hədəfdir: "Xüsusilə də Rusiya bu körpüdən öz qoşunlarını təmin etmək üçün logistik arteriya kimi istifadə etdiyinə görə. Krım Ukraynadır və işğalın istənilən təzahürü sərt cavabımızı alacaq."

/Musavat.com/


MANŞET XƏBƏRLƏRİ