İddia olunurdu ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden dövründə bəzi dövlət qurumlarında milyarder iş adamı İlon Maskı xaricdən ziyarət edən əcnəbi vətəndaşlar izlənilirdi.
Turkustan.az xəbər verir ki, Vall Street Journal-ın (WSJ) məlumatına görə, ABŞ-ın keçmiş prezidenti Bayden dövründə Daxili Təhlükəsizlik Departamenti və Ədliyyə Nazirliyi “müəyyən məsələlərlə bağlı narahatlıqların artması” səbəbindən Maskın iş yerlərini ziyarət edən xarici vətəndaşları izləməyə başlayıb.
Məsələ ilə tanış olan mənbələr iddia edirdilər ki, Şərqi Avropa və digər ölkələrdən 2022 və 2023-cü illərdə texnoloji milyarder Maska baş çəkən və “ona təsir göstərməyə cəhd etmiş ola biləcək” şəxslərlə bağlı “araşdırma aparılır”.
Qəzetə danışan iki ayrı mənbə, istintaqın əli olan şəxsləri ittiham etmək üçün kifayət qədər təfərrüat təqdim etmədiyini və Federal Təhqiqat Bürosunun (FTB) də daxil olduğu müxtəlif qurumların rəsmilərinin məsələ ilə bağlı məlumatlandırıldığını bildirib.
6
Həmçinin, ABŞ prezidenti Donald Trampdan əvvəl aparılan araşdırmanın “Mask ətrafında çoxlu sayda xarici vətəndaşın olmasından irəli gələn narahatlıqlara diqqət yetirdiyi” bildirilib.
Təxminən iki həftə əvvələ qədər Trampın müşaviri olmuş milyarder iş adamının ABŞ hökuməti ilə kritik ortaq investisiyaları var.
NASA kosmik uçuşlarını Maskın SpaceX qurucusunun raketləri ilə həyata keçirərkən, Pentaqon həssas peyklərini buraxmaq üçün əsasən eyni şirkətlə işləyir.
Aytən Yaşar/ Turkustan.az