Husilərdən XƏBƏRDARLIQ: İsrailə hücumlar genişlənəcək


Yəməndəki husilər İsrailə qarşı hücumlarının miqyasını genişləndirməkdə qərarlı olduqlarını bəyan ediblər.

Turkustan.az xəbər verir ki, husilərin Media Komitəsinin sədr müavini Nəsrəddin Əmir İsrailin Yəmənin qərbindəki Hudeydə limanına hücumlarından qısa müddət sonra yazılı açıqlama verib.

Əmir qeyd edib ki, İsrailin Hudeydəyə hücumu onların Qəzzaya dəstək əməliyyatlarına heç bir təsir göstərməyib və xalqın mənəviyyatını zəiflətməyib.

"Qəzza tək deyil və heç vaxt tək qalmayacaq, gərginliyin artması və əməliyyatların əhatəsinin genişlənməsi davam edəcək" deyən Əmir, "İsrail daxilində əməliyyatların genişlənməsi və hücumların artması hazırlıqlara mane olmur" deyib.

Husilərə bağlı Əl-Məsirə televiziyası bu səhər İsrailin ölkənin qərbindəki Hudeyda limanına iki hücum təşkil etdiyini bildirib.

İsrail ordusu dünən Yəmənin qərbində yerləşən Ras İsa, Hudeyda və Salif limanlarının boşaldılması ilə bağlı xəbərdarlıq edərək, limanları hədəfə alacağı təhdidini təkrarlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ