Sərhəddə "ÖLÜMSÜZLÜK OTU" TAPILDI - Görün nələrə qadirdir / FOTO


“İnder-2025” beynəlxalq ekspedisiyası zamanı Qazaxıstan və Rusiya alimləri Astragalus cinsindən müalicəvi xüsusiyyətlərə malik yeni bitki növü aşkar ediblər.

Turkustan.az xəbər verir ki, bu barədə Həştərxan Dövlət Universitetinin mətbuat xidməti məlumat yayıb.

Astragalus İvanova 5-10 sm uzunluğunda çoxillik, budaqlanan tumurcuqları olan yarımkoldur. Çiçək sapları 5-8 sm uzunluğundadır. Çiçəklər adətən 4-6 çiçəkli salxımlarda olur. Meyvələr lobyay bənzəyir, 12-20 mm uzunluğundadır. Lobyanın içi boşdur, təxminən 25 toxumdan ibarətdir. Çiçəklərin tacı krem ​​və ya açıq çəhrayı rəngdədir.

Hazırda Yer kürəsində Astragalus cinsinə aid 5000-ə yaxın bitki növü məlumdur. Qədim skiflər Astragalusu "ölümsüzlük otu" adlandırırdılar.

Universitetin yaydığı məlumatda deyilir ki, Astragalus xüsusiyyətlərinə görə jenşenlə oxşardır.

Məsələn, xərçəng və ürək xəstəlikləri kimi müxtəlif xəstəliklərlə mübarizədə immunitet sistemini gücləndirir. Astragalus da interferon istehsalını stimullaşdıran antiviral xüsusiyyətlərə malikdir.

"Astragalus soyuqdəymə, qrip, bronxit kimi xəstəliklərlə mübarizə aparmaq üçün orqanizmin daxili mexanizmlərini işə salmağa kömək edir. Astragalus preparatları qaraciyərin fəaliyyətini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini aşağı salır və qan damarlarının genişlənməsinə kömək edir ki, bu da öz növbəsində qan təzyiqinin azalmasına səbəb olur", - məlumatda deyilir. /Publika.az/


MANŞET XƏBƏRLƏRİ