“Əgər mən getmirəmsə, onun getməsinə nə ehtiyac var?” – Trampın açıqlaması Putinin də İstanbula gələcəyi ehtimalını gündəmə gətirdi
Turkustan.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İstanbul səfəri ilə bağlı verdiyi son dəqiqələrdə verdiyi açıqlama beynəlxalq medianın və siyasi müşahidəçilərin diqqət mərkəzinə düşüb. Tramp jurnalistlərin “niyə Rusiya Prezidenti Vladimir Putin danışıqlara gəlmir?” sualına cavab olaraq deyib: “Əgər mən getmirəmsə, onun getməsinə nə ehtiyac var?”
Bu replikası "Sky News" tərəfindən yayımlandıqdan sonra dünya mediasında yeni ehtimallar formalaşmağa başlayıb. Trampın “getmirəmsə” yox, “getmirəmsə, onun getməsinə nə ehtiyac var” ifadəsi Putinin səfər qərarının ABŞ Prezidentinin qərarı ilə sinxronlaşdırıldığı ehtimalını artırıb.
Qeyd edək ki, Donald Tramp bu fikirlərin ardınca dərhal da “İstanbula gələ bilərəm” deyərək sabah – 16 may üçün mümkün səfər planını istisna etməyib.
O zaman sual getdikcə daha aydın səslənir:
ABŞ Prezidenti Tramp sabah Putini İstanbulda gözləyir?
Bu, sadəcə bir sual deyil, artıq beynəlxalq agentliklərin təhlil masalarına yerləşdirilən ehtimaldır. Dünya ictimaiyyəti sabah bu sualın cavabını almağa hazırlaşır.
Trampın “niyə o gəlsin ki?” deyə verdiyi cavab, əslində əks mənada da yozula bilər: əgər Tramp gələcəksə, Putinin də gəlməsi üçün şərait yaranır. Beləliklə, dünya mediası artıq 16 may – cümə günü mümkün olan atəşkəs imzası və Putin-Tramp-Zelenski üçbucağında yeni razılaşma ehtimalını gündəmə daşıyır.
Mümkün ehtimallardan biri də budur ki, Tramp Putini İstanbula gəlməsi üçün xüsusi dilə tutub və nəticəyə nail olsa, özü də orada olacaq.
Sabah dünya üçün böyük gündür. /Musavat.com/