Fransada 200 mollanı öldürməyi və halal qida məhsullarını zəhərləməyi planlaşdıran 16 ifrat sağçı şübhəlinin məhkəməsi Paris Cinayət Məhkəməsində başlayıb və iyulun 4-də başa çatacaq.
Turkustan.az xəbər verir ki, Fransalı vəkil Rafik Çekkat X hesabında verdiyi açıqlamada mollaları öldürməyi və halal yeməkləri zəhərləməyi planlaşdıran 16 nəfərin məhkəməsinin başlandığını açıqlayıb.
Milli mətbuatda yer alan xəbərlərə görə, 16 müttəhim iyulun 4-dək Paris Cəza Məhkəməsinin 16-cı Palatasında “Müsəlman icmasının üzvlərinə qarşı ayrı-seçkilik etmədən terror aktları törətmək və ya təşkil etməyə razılıq vermək” ittihamı ilə mühakimə olunacaq.
Orta məktəb müəllimi və antikvar satıcısı da daxil olmaqla müxtəlif peşə sahiblərindən ümumilikdə 16 müttəhimin məhkəməsi gedir.
Fransanın “Le Monde” qəzeti bu işin terror təhlükəsi növünə görə mühakimə olunan müttəhimlərin sayına görə ölkədə indiyə qədər görülmüş ən böyük iş olduğunu yazıb.
Aytən Yaşar/ Turkustan.az