Bosniya və Herseqovina Federasiyası Xalqlar Assambleyasının iclası zalda ilan tapıldığı üçün təxirə salınıb.
Turkustan.az xəbər verir ki, Bosniya və Herseqovina Federasiyası Xalqlar Palatasından verilən yazılı açıqlamada, Xalqlar Palatasının paytaxt Sarayevodakı parlament binasında keçirilməsi planlaşdırılan iclasının salonda ilan görünməsinin ardından təxirə salındığı bildirilib.
Açıqlamada iclasdan əvvəl zalda kiçik ilan tapıldığı və daha ətraflı araşdırma üçün zalın boşaldıldığı vurğulanıb.
Sosial mediada paylaşılan görüntülərdə zaldakı ilanın bir işçi tərəfindən çıxarıldığı görülüb.
Akt zalında tapılan ilan qısamüddətli çaxnaşma yaradıb.
Aytən Yaşar/ Turkustan.az