Kreditlə avtomobil almaq istəyənlərə VACİB XƏBƏR


“İlk öncə hər iki kredit növünün şərtlərinə baxmaq lazımdır. Hər kəs üçün bir şərt daha uyğun ola bilər. Bunların hər ikisi mülki müqavilədir. Hər ikisində maliyyə sektoru iştirak edir”

Turkustan.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. O, bildirib ki, avtomobil almaq istəyən şəxs istehlak kreditlərinin və lizinqin şərtlərinə ayrı-ayrı diqqət etməlidir:

“Avtomobil kreditlərində faizlər bir qədər yüksək olur. Ona görə də, ən yaxşısı insanların mümkün qədər nağd yolla maşın almasıdır. İstehlak krediti bank sektorundan verilir və bank hamıya kredit vermir. Gərək müştərinin gəlirləri bankın tələblərinə uyğun olsun. Digər tərəfdən, gəlir rəsmi olmalıdır. Eyni zamanda kredit tarixçəsində problem də olmamalıdır. Əmlakın mülkiyyət hüququ keçmədiyinə görə bir çox məsələlərə göz yumulur. İstehlak krediti vasitəsi ilə vətəndaş avtomobili alır və daha sonra istehlak kreditini ödəyir. Lizinqdə isə maşın verilir və ödənişlər bitdikdən sonra şəxsin mülkiyyətinə keçirilir. Hər bir kəsə istehlak krediti də, lizinq də verilərsə, onda şərtləri qarşılaşdırıb müqayisə aparmaq olar”.

Ekspert vurğulayıb ki, hər iki kredit növünün şərtləri və tələbləri müxtəlifdir:

“Mümkündür ki, istehlak kreditləri bir qədər faiz baxımından daha ucuz ola bilər. Amma dediyim kimi, şəxs istehlak krediti əldə etmək üçün şərtlərə cavab verməlidir. Amma lizinqdə maşın vətəndaşın adına keçirilmədiyinə görə, müəyyən nüanslara göz yumulur. Lakin lizinqdə sərəncam vermə və mülkiyyət hüquqları verilmir, sadəcə istifadə hüququ verilir”.


MANŞET XƏBƏRLƏRİ