Tehranda keçirilən kitab sərgisində “Kitabi-Dədə Qorqud”un satışına qadağa qoyulub.
Turkustan.az xəbər verir ki, bu barədə şair Səid Muğanlı məlumat yayıb.
Onun sözlərinə görə, sərgidə türk ədəbiyyatına aid kitablara qadağa qoyulması xəbəri yayıldıqdan sonra həmin kitabların onlayn satışı artıb.
Qeyd edək ki, iki gün əvvəl Ərdəbildə Azərbaycan dilində kitabların nəşri ilə məşğul olan "Yaylıq" nəşriyyatının da fəaliyyətinə qadağa qoyulub./kult.az