ABŞ prezidenti Tramp federal hakimiyyətin Los-Ancelesdə məhəllələrə basqın etməsi və çoxlu sayda mühaciri saxlamasından sonra başlayan etirazların dördüncü günündə Kaliforniyaya gedəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Tramp əyalətdəki Fort Bragg Hərbi Bazasına gedəcəyini açıqlayaraq, "Orada böyük bir izdiham qarşısında möhtəşəm bir çıxış edəcəyəm" dedi.
“Əgər mən son üç gecədə L.A.-ya qoşun göndərməsəydim, bir vaxtlar bu möhtəşəm və gözəl şəhər indi xarabalığa çevriləcəkdi, necə ki, Los-Ancelesdə 25 min ev səriştəsiz bir qubernator və mer tərəfindən dağıdılıb”-deyə,Tramp Truth Social-da yazıb.
Aytən Yaşar/ Turkustan.az