Rusiya və Ukrayna arasında yeni məhbus mübadiləsi baş tutdu


Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə Ukrayna arasında yeni əsir mübadiləsinin həyata keçirildiyini bildirib və əlavə edib ki, “bu gün ağır yaralı və yaralı əsgərlərimizin Rusiya əsirliyindən geri qaytarılmasının ilk mərhələsidir”.

Turkustan.az xəbər verir ki, iyunun 2-də İstanbulda Rusiya ilə Ukrayna arasında əldə olunan razılaşma çərçivəsində dünən baş tutan məhbus mübadiləsindən sonra bu gün daha bir məhbus mübadiləsi həyata keçirilib.

Ukrayna prezidenti Vladimir Zelenski məhbus mübadiləsini təsdiqləyərək: "İstanbulda razılaşdırıldığı kimi insanlarımızı geri qaytarmağa davam edirik. Bu gün yaralı əsgərlərimizin Rusiya əsirliyindən geri qaytarılmasının ilk mərhələsidir.

Onların hamısının təcili tibbi yardıma ehtiyacı var. Bu, mühüm humanitar aktdır. Mübadilələr davam etməlidir. Biz əsirlikdə olanların hər birini tapıb qaytarmaq üçün əlimizdən gələni edirik. Mən kömək edən hər kəsə minnətdaram"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ