Əziz həmvətənlər!
Sizi müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və bol ruzi-bərəkət arzulayıram!
Qurban bayramı insanları birliyə, mərhəmətə və paylaşmağa çağıran, mənəviyyatımıza dərin kök salmış ilahi dəyərlər bayramıdır. Bu bayram eyni zamanda sədaqətin, fədakarlığın, mənəvi saflığın və xeyirxahlığın simvoludur.
Yüzillər boyu xalqımız Qurban bayramını dini və milli kimliyinin ayrılmaz tərkib hissəsi kimi yaşatmış, bu mübarək günlərdə yardımlaşma və həmrəylik ənənələrinə xüsusi dəyər vermişdir.
İnanıram ki, bu bayram günlərində bir-birimizə daha da yaxınlaşacaq, ehtiyac sahiblərinə yardım əli uzadacaq, mənəvi dəyərlərimizi yaşadaraq cəmiyyətimizin ovqatına öz diqqət-qayğımızla qatqıda bulunacağıq.
Hər bayramda olduğu kimi, bu bayramda da şəhidlərimizi dərin ehtiramla anır, qazilərimizə möhkəm can sağlığı, şanlı Ordumuza yeni-yeni uğurlar arzulayırıq.
Şəhidlər ölmədi, Vətən bölünmədi!
Qoy Qurban bayramda və bütün gələcək günlərdə hər bir evdə sevinc, hər bir ocaqda bərəkət, Vətənimizdə sülh və əmin-amanlıq olsun!
Bayramınız mübarək!
Hörmətlə,
Fazil MUSTAFA
Azərbaycan Respublikası Milli Məclisinin
İctimai birliklər və dini qurumlar komitəsinin sədri