"Apple" Rusiyada LGBT təbliğatına görə cərimələnib


Rusiyada Apple LGBT təbliğatına görə 6 milyon rubl (təxminən 76 min dollar) cərimələnib.

Turkustan.az xəbər verir ki, paytaxt Moskvada Apple-a qarşı açılan iddiaya baxılıb.

Məhkəmə Apple-ın LGBT təbliğatı ilə məşğul olduğuna qərar verib və ABŞ-da yerləşən şirkəti 6 milyon rubl cərimə ödəməyə məcbur edib.

Bu, Rusiyada bu məsələ ilə bağlı Apple-a tətbiq edilən ikinci cərimədir.

Mayın 19-da Apple ölkədə LGBT təbliğatına görə 7,5 milyon rubl (təxminən 94 min dollar) cərimələnib.

Rusiyada LGBT hərəkatı ötən il terrorçu və ekstremistlər siyahısına daxil edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ