Avstriyanın Qrats şəhərində məktəbə hücum nəticəsində azı 10 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Turkustan.az xəbər verir ki, Avstriya dövlət mediası ORF bildirib ki, aralarında tələbələr və müəllimlər də daxil olmaqla bir neçə nəfər ağır yaralanıb.
Xəbərdə deyilir ki, hadisəni törətməkdə şübhəli bilinən tələbənin özünü öldürdüyü güman edilir.
Polis əməliyyatın orta məktəbin yerləşdiyi Dreierschuetzengasse küçəsində aparıldığını bildirib, lakin əlavə şərh verməyib.
ORF polisin binanı boşaltdığını bildirib.
Aytən Yaşar/ Turkustan.az