“15 dekabrın Ortaq Türk Dili Günü kimi təsis edilməsini təklif edirəm”
“Biz ortaq türk əlifbasının yaradılması prosesini sürətləndirməliyik”. AYNA.AZ xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə toplantısında deyib.
Türkiyə lideri Çingiz Aytmatov və “Oğuznamə” ilə bağlı əsərlərin artıq ortaq türk əlifbası ilə çap olunduğunu və bu gün hər bir rəhbərə bu nəşrlərin bir nüsxəsinin veriləcəyini qeyd edib.
“15 dekabrın Ortaq Türk Dili Günü kimi təsis edilməsini təklif edirəm”, - Ərdoğan söyləyib. /ayna.az/