Ərdoğandan Zəngəzur açıqlaması: Azərbaycan və Ermənistana işarə etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada Zəngəzur dəhlizi layihəsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Turkustan.az xəbər verir ki, dövlət başçısı dəhlizin tam şəkildə reallaşması yalnız Türkiyə və Azərbaycan üçün deyil, eyni zamanda Ermənistan və bütövlükdə region üçün yeni iqtisadi imkanlar yaradacağını vurğulayıb:

“Zəngəzur dəhlizi layihəsi bölgədə nəqliyyat və logistika şəbəkəsini gücləndirəcək. Bu layihə Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığa yeni ölçü verəcək, Cənubi Qafqazı beynəlxalq ticarət yollarında mühüm mərkəzə çevirəcək”.

Ərdoğan əlavə edib ki, dəhlizin istifadəyə verilməsi həm enerji və ticarət əlaqələrinin genişlənməsinə, həm də insanlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Onun sözlərinə görə, layihə Cənubi Qafqazda sülhün və qarşılıqlı etimadın güclənməsi baxımından da böyük önəm daşıyır. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ