Şair Ramaldanovun ailəsində faciə: 2 nəfər öldü, 4 yaralı var


Ehtiyatda olan polkovnik Şair Ramaldanovun ailəsində bir neçə saat əvvəl böyük faciə baş verib.

Turkustan.az xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov məlumat verib.

O bildirib ki, Ramaldanov qardaşlarından biri olan polkovnik Elman Ramaldanovun ailə üzvləri Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasına düşüblər.

Ailənin 36 yaşlı üzvü, polkovnikin qızı Tamilla Ramaldanova və ailənin yaxın üzvlərindən biri olan 43 yaşlı Cəmilə Bağırova faciəli şəkildə dünyalarını dəyişiblər:

"Bir qədər əvvəl mən baş vermiş faciə ilə əlaqədar əziz Şair müəllimlə danışdım və o faciənin baş verməsini təsdiqlədi. Ailə üzvlərindən daha 4 nəfəri müxtəlif bədən xəsarətləri alıblar.

Komandirdən aldığım məlumata əsasən mərhumların nəşi gecə saatlarında Bakıya gətiriləcək və sabah paytaxtda dəfn ediləcək".
Allah rəhmət eləsin!
/Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ