“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan


Bizi birtərəfli güzəştlərə getməkdə ittiham edirlər. Həqiqət isə ondan ibarətdir ki, qətiyyən güzəştə getməmişik. Biz dövlətimizin davamlılığını əsas götürmüşük, dövlətimizin maraqlarının ardınca getmişik.

Turkustan.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa Yeni il müraciətində deyib.

“Qarabağ bizim idi, indi artıq bizim deyil” ifadəsi geosiyasi tələyə düşmüş düşüncə tərzinin təzahürüdür. Halbuki dövlətin və vətəndaşın şüuru deyir ki, Ermənistan Respublikası bizim deyildi, indi isə artıq bizimdir. Bəli, əsgərlərimizin həyatı bahasına, bəli, çəkdiyimiz əzab və məhrumiyyətlər bahasına və məhz buna görə də hər şeydən daha qiymətli, daha sevimlidir. Çünki bu, gerçəkləşmiş bir arzudur. Ermənistan Respublikası bizim gerçəkləşmiş arzumuzdur və bu gün öz arzumuzun içində yaşayırıq”, – deyə o vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ