Kürd təşkilatlarının İranda baş verən etiraz aksiyaları fonunda tətil aksiyasına çağırışlarında yenidən Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları irəli sürülüb.
Turkustan.az xəbər verir ki, bu barədə Kürdüstan Demokrat Partiyasının yaydığı bəyanatda əks olunub.
Partiya çağırış bəyanatında "Makudan Loristana qədər, bir millət, bir ölkə" ifadəsini işlədərək, Qərbi Azərbaycan və Loristan əyalətlərini Kürdüstan torpaqları kimi qələmə verib./axar.az