Böyük Britaniyanın baş naziri Kir Starmer yanvarın 8-də ABŞ prezidenti Donald Trampla danışıqlar aparıb. Görüş zamanı tərəflər Arktika regionunda Rusiyaya qarşı “çəkingənlik siyasəti”nin gücləndirilməsinin vacibliyini müzakirə ediblər.
Turkustan.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Londonda bildirilib ki, söhbətdə xüsusilə Avroatlantik təhlükəsizlik məsələlərinə diqqət yetirilib. Starmer vurğulayıb ki, son aylarda Avropa müttəfiqləri ümumi maraqların müdafiəsi sahəsində tədbirləri gücləndiriblər. Lakin o, əlavə edib ki, bu istiqamətdə daha da irəliləmək üçün imkanlar hələ də mövcuddur.
Həmin gün Starmer NATO-nun baş katibi Mark Rutte ilə də məsləhətləşmələr aparıb. Danışıqların əsas mövzusu yenidən Arktika regionunda vəziyyət və Rusiyaya qarşı kollektiv tədbirlərin artırılması olub. Tərəflər razılaşıblar ki, mövcud tədbirlər kifayət etmir və daha fəal yanaşma tələb olunur. /konkret.az/