Son 50 ilin ən quraq payızını yaşayan İranda qeydə alınan qeyri-adi görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub.
Turkustan.az-ın məlumatına görə, uzunmüddətli quraqlıqdan sonra yağan yağış Hörmüz adasında yerləşən məşhur “Qırmızı Çimərlik”də dəniz suyunun parlaq qırmızı rəngə boyanmasına yol açıb.
Hadisənin görüntüləri qısa zamanda sosial şəbəkələrdə yayılıb və bəziləri tərəfindən “qiyamət əlaməti” kimi şərh edilib.
Bəzi istifadəçilər bu mənzərəni dini mətnlərlə əlaqələndirərək, müqəddəs kitabın Vəhy hissəsində dənizlərin qana çevrilməsini təsvir edən ayələrə istinad ediblər. Sosial şəbəkələrdə “qan çayı”na bənzədilən görüntülərin ilahi xəbərdarlıq olduğu iddia olunub.
Paylaşımlarda “Əgər bu hadisə qədim dövrlərdə baş versəydi, yəqin ki, yeni bir inancın yaranmasına səbəb olardı” kimi şərhlər də yer alıb.
Qeyd edək ki, Hörmüz boğazı İranın cənub sahilində yerləşir. Əraziyə Azərbaycandan birbaşa uçuş olmasa da, BƏƏ-yə ordan isə Hörmüz ərazisinə uçuş təxminən 6-7 saata başa gəlir. /Globalinfo.az/