Qızılın qiymətində TARİXİ REKORD


Nyu-York əmtəə birjasında qızılın qiyməti ilk dəfə bir troya unsiyası üçün 4 500 ABŞ dolları ötüb.

Turkustan.az xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.

Bildirilib ki, “Comex” birjasında qızıl fyuçerslərinin qiyməti 1% artaraq 4 505 ABŞ dolları/unsiya səviyyəsinə yüksəlib.

Qeyd edək ki, “Comex” birjasında dekabr fyuçerslərinin dəyəri 0,35% artaraq 4000,1 dollara çatıb. Lakin Bakı vaxtı ilə saat 04:54-də qiymət bir qədər enərək 3987,4 dollar səviyyəsində qalıb.


MANŞET XƏBƏRLƏRİ