Son günlərdə sosial mediada Suriya prezidenti Əhməd Şaranın prezident sarayında baş verən qarşıdurmada yaralandığı iddiaları ortaya çıxıb.
Turkustan.az xəbər verir ki, Dəməşq hökuməti bu şayiələri təkzib edərək, prezidenti hədəf alan heç bir təhlükəsizlik hadisəsinin baş vermədiyini bildirib.
Müzakirələr davam edərkən, Şara Dəməşqdə iki yüksək vəzifəli Avropa Birliyi rəsmisi ilə çəkdirdiyi şəkil ilə ictimaiyyətə "növbətçi və çöldə" olduğunu mesajladı.
Suriya dövlət mediasında yer alan xəbərlərə görə , Avropa Komissiyasının sədri Ursula fon der Leyen Dəməşqə gedib və prezident Şara ilə görüşüb. Bu səfər AB-nin Suriyaya yönəlmiş ən yüksək səviyyəli təmaslarından biri hesab olunurdu . Görüşdə Avropa Şurasının sədri Antonio Kosta da iştirak edib.

Aytən Yaşar/ Turkustan.az