Xarici işlər naziri Fidan paytaxt Ankarada səfərdə olan İndoneziya xarici işlər naziri Sugiono ilə mətbuat konfransı keçirib.
Turkustan.az xəbər verir ki, Fidan bildirib ki, "Suriyada ictimai asayişin təmin edilməsi vacibdir. Terrorizmə qarşı mübarizə zəruridir. SDF-nin 10 mart Sazişi çərçivəsində öhdəliklərini yerinə yetirməsini gözləyirik".
Xarici işlər naziri Hakan Fidan Suriyada ictimai asayişin bərqərar olmasının xalqın rifahı və əmin-amanlığı üçün son dərəcə vacib olduğunu vurğulayaraq bildirib: "Terrorizmə qarşı mübarizə mümkün olan ən yaxşı şəkildə davam etməlidir. SDF-nin 10 mart Sazişinə əməl etməsini və öhdəliklərini ən qısa zamanda yerinə yetirməsini gözləyirik".
Milli Müdafiə Naziri Yaşar Güler ilə birlikdə təşkil etdiyi "Türkiyə-İndoneziya Xarici İşlər və Müdafiə Nazirlərinin Birgə Görüşü"ndən sonra nazir Fidan İndoneziyanın xarici işlər naziri Sugiono və müdafiə naziri Sjafrie Sjamsoeddinin iştirakı ilə keçirilən birgə mətbuat konfransında çıxış edib.
Hakan Fidan ötən ay İndoneziyanın Sumatra bölgəsində baş verən sürüşmə və daşqınlarla bağlı hər iki nazirə başsağlığı verərək bildirib: "Xüsusilə vurğulamaq istərdim ki, bu çətin dövrdə İndoneziya xalqı ilə həmrəyik".
Aytən Yaşar/ Turkustan.az