Fransa ABŞ-a görə NATO-nu tərk edir? - Vitse-spiker


Fransanın NATO-dan çıxması məsələsini parlamentdə müzakirəyə çıxaracağam.

Turkustan.az xəbər verir ki, bunu Fransa parlamentinin vitse-spikeri Klemans Gette bildirib.

“Trampın ABŞ-ı Venesuelada bir dövlət başçısını oğurlayıb. Trampın ABŞ-ı Fələstində soyqırıma dəstək verir və hərbi yardım göstərir. Trampın ABŞ-ı mümkün silahlı anneksiya səbəbilə Qrenlandiya üçün təhdiddir. Trampın ABŞ-ı beynəlxalq hüququ tam şəkildə pozaraq xalqları bombalayır.

Bu gün hər zamankından daha çox Fransanın ABŞ tərəfindən idarə olunan və ona xidmət edən hərbi alyans – NATO iştirak məsələsi gündəmə gəlir. NATO-dan planlı çıxış, ilk növbədə onun inteqrasiya olunmuş komandanlıq strukturundan çıxmaq barədə qətnamə təklifi təqdim edirəm”, – deyə o bildirib. /Axar.az/


MANŞET XƏBƏRLƏRİ