Ukrayna iri litium yatağını Trampın yaxın dostuna verdi


Ukrayna Kirovoqrad vilayətində yerləşən “Dobra” adlı iri litium yatağının işlənməsini ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsi ilə əlaqəli investisiya qrupuna verib.

Turkustan.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb.

Məlumata görə, tenderin qalibi Trampın dostu olan milyarder Ronald Lauderin də yer aldığı investorlar qrupu olub. Konsorsiuma, həmçinin qismən ABŞ hökumətinə məxsus olan “TechMet” şirkəti də daxildir.

Məlumata görə, yatağın işlənməsi ilə bağlı qərar artıq müvafiq komissiya tərəfindən təsdiqlənib və hazırda Ukrayna Nazirlər Kabinetinin yekun təsdiqi gözlənilir./axar.az


MANŞET XƏBƏRLƏRİ