ABŞ Karib dənizində daha bir neft tankerini ələ keçirdiyini açıqladı


ABŞ ordusunun bu səhər Karib dənizində üzən daha bir neft tankerini ələ keçirdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, ABŞ Cənub Komandanlığı (SOUTHCOM) ABŞ-da yerləşən X şirkətinə məxsus sosial media platformasında açıqlama yayıb.

Bəyanatda deyilirdi: "Bu səhər birgə qurumlararası qüvvələrimiz daha bir aydın mesaj göndərdi: 'Cinayətkarlar üçün təhlükəsiz sığınacaq yoxdur'."
Məlumata görə, səhər saatlarında keçirilən əməliyyat zamanı USS Gerald R. Ford gəmisindəki dəniz piyadaları Karib dənizində "Olina" neft tankerini insidentsiz ələ keçiriblər.

Bəyanatda qeyd olunur ki, bu tip ələ keçirmələr ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Iwo Jima, USS San Antonio və USS Fort Lauderdale gəmilərindəki birgə qüvvələr tərəfindən də dəstəklənir və bu, Qərb yarımkürəsində təhlükəsizlik bərpa olunana qədər davam edəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ