Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı arasındakı hərbi ittifaqa qoşula bilər.
Turkustan.az xəbər verir ki, bu barədə “Blumberq“ nəşri məlumat yayıb.
Məlumata görə, ölkələr arasında danışıqlar aparılıb və yaxın vaxtda razılaşma əldə oluna bilər.
Qeyd edək ki, ötən ilin sentyabrında Səudiyyə Ərəbistanı və Pakistan hərbi ittifaq yaradıb. Belə ki, bu ölkələrdən hər hansı birinə hücum olarsa, iki ölkə birgə hərəkətə keçəcək. /axar.az/