ABŞ yerli vaxtla təxminən saat 2:00 radələrində Venesuelanın paytaxtı Karakasda əməliyyata başlayıb.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın açıqlamasına görə, Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı saxlanılaraq ölkədən çıxarılıb. Bu hadisədən sonra bir çox ölkə bəyanatlar verib.
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Venesuelaya hücumunu "son dərəcə narahatedici" adlandırıb.
Nazirliyin açıqlamasında ABŞ-ın bu səhər Venesuelaya silahlı hücum etdiyi xatırladılıb və əlavə edilib: "Bu, son dərəcə narahatedici və qınanan bir haldır".
Bəyanatda bu cür hərəkətləri haqlı çıxarmaq üçün istifadə edilən bəhanələrin əsassız olduğu vurğulanaraq, ideoloji düşmənçiliyin biznes yönümlü praqmatizmi və etibara əsaslanan, proqnozlaşdırıla bilən münasibətlər qurmaq istəyini üstələdiyi qeyd edilib.
Bəyanatda mövcud vəziyyətdə gərginliyin daha da artmasının qarşısını almağın və dialoq yolu ilə çıxış yolu tapmağa diqqət yetirməyin vacib olduğu vurğulanaraq, "Bir-birinə qarşı ittihamları olan bütün tərəfdaşların problemlərin həllini dialoq yolu ilə axtarmalı olduğuna inanırıq. Bu baxımdan onları dəstəkləməyə hazırıq" deyilir.
Argentina prezidenti Xavyer Mellisi sosial media hesabında yayımladığı açıqlamada hücumla bağlı "Yaşasın azadlıq" deyib.
Aytən Yaşar/ Turkustan.az