“Azərbaycandan bir neçə min ton yanacaq gəlir, amma yenilik ondan ibarətdir ki, yalnız “premium” yanacaq deyil, həm də “reqular” tipli benzin və dizel yanacağı da gəlir. Qiymət isə bazardakından təxminən 80 dram (36 qəpik – red.) ucuz olacaq”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərin Azərbaycandan bu dəfə nə qədər yanacaq gələcəyi haqda sualına cavab verərkən deyib.
“Yaxın günlərdə bu yanacaq Ermənistana çatacaq. Bu artıq sensasiya olmamalıdır. Sensasiya ilk dəfə olur, amma indi ikinci, beşinci, on beşinci dəfə də olacaq… Mexanizm əvvəlki kimi işləyir”, –
Jurnalistin “Azərbaycandan yanacaq idxal edən şirkətlər necə seçilir?” sualına Papoyan belə cavab verib:
“Mən heç kimi seçməmişəm və seçmək imkanım da yoxdur. Əgər seçmək imkanım olsaydı, hamısını seçərdim. Digərlərinin də getməli, ya öz tədarükçüləri ilə, ya da həmin şirkətlə danışıqlar aparmalı, ucuz benzin gətirməlidir. Bundan qazanan isə bizim vətəndaşlarımız olacaq”. /Globalinfo.az/