İsveçrədəki Crans-Montana xizək kurortunda Yeni il şənlikləri zamanı baş verən və 40 nəfərin ölümünə səbəb olan yanğının baş verdiyi barın sahibi saxlanılıb.
Turkustan.az xəbər verir ki, məlumata görə, hadisə yerindən qaçan şəxs saxlanılıb.
Prokurorluq qərarı İsveçrənin rəsmi xəbər agentliyi olan Keystone-SDA-ya açıqlayıb.
Prokurorlar yanğının baş verdiyi bar sahiblərindən biri olan Jak Morettinin həbs olunduğunu və bunun səbəbini ölkədən qaçmaq riski ilə əlaqələndirdiklərini bildiriblər.
Aytən Yaşar/ Turkustan.az