Leyen: Avropa Suriyanın bərpası üçün əlindən gələni edəcək


Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula fon der Leyen, AB Şurasının sədri Antonio Kosta ilə birlikdə Suriyanın paytaxtı Dəməşqə ilk səfəri çərçivəsində ölkənin bərpa və yenidənqurma prosesinə dəstək verəcəkləri mesajını çatdırıb.

Turkustan.az xəbər verir ki, fon der Leyen və Kosta Dəməşqdə Suriya Prezidenti Əhməd Şara ilə görüşdən sonra mətbuata açıqlama veriblər.

Ursula fon der Leyen ABŞ-da yerləşən X sosial media platformasında paylaşım edərək qeyd edib:
“Onilliklər boyu davam edən qorxu və sükutdan sonra suriyalılar ümid və yenilənməyə doğru uzun bir yola çıxıblar. Avropa Suriyanın bərpası və yenidən qurulmasını dəstəkləmək üçün əlindən gələni edəcək.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ