Yəməndəki Cənub Keçid Şurası özünü buraxdı


Yəməndə BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurası (STC) bütün əsas və köməkçi qurumlarının və orqanlarının ləğv olunduğunu elan etdi.

Turkustan.az xəbər verir ki, BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurası (STC) bütün əsas və köməkçi qurumlarının və orqanlarının ləğvini elan etdi.

Yəmənin rəsmi xəbər agentliyi SABA-nın məlumatına görə, Cənub Keçid Şurasının (STC) buraxılması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda STC Prezident Komitəsinin baş katibi Əbdürrəhman əs-Subeyhi tərəfindən elan edilib.

Subeyhi bildirib ki, Yəməndəki Cənub Keçid Şurası (STC) bütün əsas və köməkçi qurumlarını ləğv edib və həm ölkə daxilində, həm də xaricdəki ofisləri də bağlanıb.

Subeyhi bu qərarın Səudiyyə Ərəbistanında keçiriləcək Dialoq Konfransında iştiraka hazırlıq çərçivəsində Hadramaut və Mahra əyalətlərində baş verən son hadisələr fonunda verildiyini qeyd etdi və cənubla bağlı məqsədlərinə çatmaq üçün çalışacaqlarını vurğuladı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ