8 avqustda Ağ Evdə Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh məsələri üzrə danışıqların növbəti raundu keçiriləcək. Ön məşq kimi baş tutan Əbu - Dabi görüşündə konkret nəticələr əldə edilməsə də tərəflər sülh danışıqlarının elə danışıq formatında davam etdirilməsində sadiq idilər.
Amma sonrakı müddətdə iki detal yeni prosesləri ortaya çıxarmağa başladı.
Amerikanın Zəngəzur dəhlizi ilə bağlı 99 illik ucarə təklif və Ermənistan Baş naziri Paşinyanın Rusiyaya səfəri.
Hər iki məsələ arasında müqayisədə görürük ki, Azərbaycanın konkret ifadə edilmiş rasional dairədə yer alan qanuni tələblərinə başqa proses müstəvisində Rusiya - Amerika xəttində Qafqaz uğrunda amansız rəqabətin də adıdır.
Hətta iş o mərhələyə vardı ki, son 1 ayda Rusiya gələcək qarşıdurmalar üçün Gümrüdəki hərbi bazasına silah və əsgər daşımağa başladı.
Hazırda əsas sual budur: Zəngəzur dəhlizində söz sahibi kim olacaq?
Hərbi-siyasi gücə malil rus ordusu, yoxsa siyasi-iqtisadi gücə malik amerikan gücləri?
Yoxsa Amerikada Rusiyanın agentura şəbəkəsinə qulluq edən senatorlar və diaspora (AnCa) qurumları?
Çünki üç fərqli oyun qaydasında eyni məğlub nəticəyə gəlməyə məcbur qalan Paşinyan nə üçün tələb etməlidir ki, Zəngəzur dəhlizinə tətbiq ediləsi olan nəzarət sistemi Naxçıvana da şamil edilsin.
Ya da belə, güya suverenliyinə təhlükədir deyə ABŞ-ın Zəngəzur planını qəbul etməyən Ermənistan (Əslində isə Rusiyaya səfər zamanı Moskvaya indilik yarınmaq üçün) 2025-ci ilfə Suverenlik ili elan edilmiş Azərbaycan üçün bunu hansı məntiqlə rəva görür?
Özü də məğlub ola - ola...
Qayıdaq, ikinci məsələyə..
Amerikada baş tutacaq görüşün hədəfi: Sülh Müqaviləsi bağlamaq ola bilərmi?
Prinsipcə xeyr,
Açıq qalan suallara cavab yoxdur deyə, ABŞ-ı prosesdə saxlayacaq çərçivə sazişinin imzalanmasına ehtiyac var.
- Yəni Zəngəzur həllini tapır.
- Ermənistan konstitusiyasında dəyişikliklərə gedir.
- Sülh danışıqları üçün konkret öhdəliklər müəyyən edilir.
- Azərbaycan üçün regional və daxili iqtisadi- siyasi, hərbi nəticələri olduqca mühümdür.
Nəhayət, neçə müddətdir ABŞ prezidenti Donald Trampın sülhsevər prezident imici üzərində iş aparılır.
Elə Azərbaycanın rəhbəri də onun dövründə müharibə başlamadığına diqqət çəkir.
Deməli, məntiq sülh müqaviləsinin bağlanmasına cəhd kimi Donald Trampın Sülh üzrə Nobel mükafatı almasını etiraz etmir.
Lakin sülh müqaviləsinin müəllifi olacaq şəxs İ
imza yetkisinə malik olan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevdir.
Nəticədə: çərçivə sazişi imzalanacaqsa, Nobel üzrə Sülh mükafatını Tramp, Müqavilənin özü imzalananda isə onun müəllifi İlham Əliyev Nobel mükafatına sahib olmalıdır.