Alimlər açıqladı: Ekstremal hava hadisələri artır


Norveç alimlərinin araşdırması qlobal iqlim dəyişikliyinin mümkün təsirləri ilə bağlı narahatlıqları əks etdirir.

Yeni araşdırmaya görə, dünya əhalisinin üçdə ikisi yaxın 20 ildə ekstremal hava dəyişiklikləri ilə üzləşəcək.

Turkustan.az xəbər verir ki, Norveçdəki Beynəlxalq İqlim Tədqiqatları Mərkəzindən (CICERO) fizikaçı Bjorn Samset, "Ən yaxşı ssenaridə belə, sürətli dəyişikliklərin 1,5 milyard insana təsir edəcəyini hesablayırıq" deyib.

Bununla belə, bu aşağı qiymətləndirmə istixana qazı emissiyalarını sürətlə azaldılarsa mümkün olacaq.

Əgər bu baş verməsə, indiki yolumuzla davam etsək, təhlükəli hava dəyişikliklərinin dünya əhalisinin 70 faizinə təsir edəcəyini proqnozlaşdırır.

Dünya artıq bu ekstremal hava hadisələrinin nümunələrini yaşayır. Avropanın İqlim Xidməti Copernicusun məlumatına görə, bu yay Şimal yarımkürəsində qeydə alınmış ən isti yay olub.

Cənub yarımkürəsi də tarixinin ən isti qışlarından birini yaşadı. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ