Türkiyə artıq Ermənistan üçün təhlükə deyil - Simonyan ETİRAF ETDİ


Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Türkiyə tərəfindən ölkəsinin suverenliyinə qarşı heç bir təhlükə görmədiyini bəyan edib.

Turkustan.az xəbər verir ki, bu barədə o, brifinq zamanı jurnalistlərə bildirib.

"Türkiyə tərəfindən Ermənistanın suverenliyinə təhlükə görmürəm. 2026-cı ildir və mən təhlükə görmürəm, demək olar ki, avqustun 8-dən (Azərbaycanla Vaşinqton sazişinin imzalanması - red.) bəri heç bir təhlükə görmürəm", - o deyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında avqustun 8-də saziş imzalandıqdan bəri bu cür təhlükələr müşahidə olunmayıb./Musavat.com


MANŞET XƏBƏRLƏRİ